AZ

Tramp Medvedevi sözlərinə diqqət yetirməyə çağırıb

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sözlərinə diqqət yetirmək lazımdır...

Poliqon xəbər verir ki, nunu ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsindəki səhifəsində bildirib.

Amerika liderinin sözlərinə görə, Medvedev hələ də özünü Rusiyanın prezidenti hesab edir.

"Medvedev çox təhlükəli əraziyə daxil olur", Tramp yekunlaşdırıb.

Bundan bir qədər əvvəl Medvedev demişdi ki, ABŞ prezidenti Rusiya ilə ultimatum oyunu oynayır. Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, Tramp başa düşməlidir ki, Rusiya tərəfi nə İsrail, nə də İran deyil. Bundan əlavə, hər bir yeni ultimatum Rusiya  tərəfindən ABŞ-la təhdid və müharibə doğru addım kimi qəbul edilir. Medvedev müraciətində ABŞ-ın keçmiş prezidenti Co Baydenə istinad edərək, Amerika liderini “Yuxulu Co”nun yolu ilə getməməyə çağırıb.

Poliqon.info 

Seçilən
57
3
poliqon.info

9Mənbələr