AZ

Dörd əcnəbi Azərbaycan sərhədini keçməyə cəhd edərkən saxlanılıb

Azərbaycan-Rusiya və Azərbaycan-Gürcüstan sərhədlərini qanunsuz keçməyə cəhd göstərən dörd əcnəbi saxlanılıb, Dövlət Sərhəd Xidməti  bildirib.

Məlumata görə, iyulun 27-də “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadları tərəfindən Əlcəzair vətəndaşları — 1997-ci il təvəllüdlü Mesimi Rami Süleyman, 2004-cü il təvəllüdlü Moussaoui Tadjedin Həsən və 2003-cü il təvəllüdlü Kateb Djoudi Abdulxani Rusiya istiqamətində sərhədi pozmağa cəhd edərkən saxlanılıb.

Həmin gün “Qazax” əlahiddə sərhəd diviziyasının ərazisində isə Şri-Lanka vətəndaşı Udula İmanthalanka Gürcüstan istiqamətində sərhədi keçməyə çalışarkən tutulub.

Qurumdan bildirilib ki, faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

N.Təbrizli

Seçilən
6
anews.az

1Mənbələr