Məktəbəqədər təhsil müəssisələrinə malların alınması üçün 1 705 870 AZN xərclənəcək.
Pravda.az-ın xəbərinə görə, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi və satışı həyata keçirəcək “Vest-LTD” QSC arasında müqavilə bağlanıb.
Alınacaq malların siyahısına qazan, tava, bıçaq, vedrə və s. daxildir.
Qeyd: Təmir işlərini həyata keçirən şirkət 2010-cu ildən fəaliyyət göstərir, nizamnamə kapitalı 2050 manatdır, direktoru Verdəliyev Şahin Əlimərdan oğludur. "VEST-LTD" QSC bir çox tenderlərin qalibi elan edilib. Mətbuatda yazılan və indiyədək təkzib olunmayan məlumatlarda qeyd olunur ki, şirkət “tender kralı” kimi tanınan Hacı Ramazan Mirzəyev adlı şəxsə məxsusdur. 2021-ci ildə Ramazan Mirzəyevlə bağlı mediada dərc olunan məlumatların araşdırılmasından da məlum olub ki, “iş adamı” Maliyyə Nazirliyinin Xəzinədarlıq Agentliyindən tutmuş İcra Hakimiyyətləri və Mədəniyyət Nazirliyininin satınalmalarında daim “qalib” gəlir. Hacı Ramazanla bağlı yayılan informasiyalardan biri də onun tenderləri qazanan şirkətləri tez-tez bir-biri ilə əvəz etməsidir. Məsələn, 2018-2019-cu illərdə Bakı Şəhər İcra Hakimiyyəti ilə tender müqaviləsi bağlayan “Yukon-K”, “Astok-5”, “Foodr 21”, “Vinsfud”, “Vertus 2018”, “Local LLC”, “Green SS”, “Ardo-2017”, “Təchizat Servis-18”, “Hermes-R Group”, “Staples Holding”,”Aztex-NN Servis”, “Gibernes MM”, “Katlos 2020”, “Local LLC”, “Forvard-SS”, “Olimpic HH”, “Kross Good”, “Faraon 200”, “Rudel Marketing” MMC kimi şirkətlərin Ramazan Mirzəyevə yaxın olduğu iddia olunur.
Cabir