AZ

ABŞ və Cənubi Koreya ticarət sazişi üzrə razılığa gəliblər

Vaşinqton, 31 iyun, AZƏRTAC

ABŞ və Cənubi Koreya ticarət sazişi üzrə yekun razılıq əldə edib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib. Sazişə əsasən, Cənubi Koreya ABŞ-a məxsus və Trampın seçdiyi sahələrə 350 milyard dollar investisiya yatıracaq. Bundan əlavə, Cənubi Koreya ABŞ-dan 100 milyard dollar dəyərində maye qaz və ya digər enerji məhsulları alacaq.

Cənubi Koreya, həmçinin investisiya məqsədləri üçün ABŞ-a böyük məbləğdə sərmayə qoymağa razılıq verib. “Bu məbləğ yaxın iki həftə ərzində Cənubi Koreyanın Prezidenti Lo Çje Myonla Ağ Evdə ikitərəfli görüş zamanı açıqlanacaq. Həmçinin, Cənubi Koreyanın ABŞ-la ticarətə tam açıq olacağı və o cümlədən avtomobil və yük maşınları, kənd təsərrüfatı məhsulları və s. ABŞ məhsullarını qəbul edəcəkləri barədə razılığa gəlinib. Biz Cənubi Koreya üçün 15 faiz tarifə razılaşdıq. Amerikaya tarif tətbiq edilməyəcək”,- deyə Tramp bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Seçilən
6
1
azertag.az

2Mənbələr