
Dünyaca məşhur müğənni Maykl Ceksonun 1997-ci ildə Parisə qastrolunda geyindiyi ağ rəngli corab Nimes şəhərində keçirilən hərraca çıxarılıb.
Reyting.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.
Qeyd olunur ki, mərhum pop-ulduzun fanatlarından biri tərəfindən corab 6200 avroya alınıb.
Əvvəlcə kristallarla bəzədilmiş coraba 3000-4000 avro qiymət qoyulsa da, sonda məbləğ 6200 avroya çatdırılıb.
V. QULİYEV