Xankəndi şəhəri ərazisində yeni 35 kV-luq yarımstansiyanın tikintisi və 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsinə (yarımstansiya №1) 5 566 849 AZN xərclənəcək.
Pravda.az-ın xəbərinə görə, “Azərişıq” ASC və xidməti həyata keçirəcək şirkət “Harmony İndustrial Construction and Engineering Group” MMC arasında müqavilə bağlanıb.
Digər bir meqalayihə isə Kəlbəcər rayonu ərazisində yeni 110/35 kV-luq 2x25 MVA gücündə "Şəhər" yarımstansiyasının tikintisi və mövcud 110 kV-luq şəbəkə ilə əlaqələndirilməsi işləridir. Burada işləri “Smart Energy Services” MMC görəcək. Tenderin dəyəri 24 598 456 manatdır.
Satınalmaların toplam dəyəri 30 165 305 AZN-dir.
Cabir
Tarix: 31 İyul 2025, 08:03