AZ

NASA astronavtların Ayda eniş edəcəyi tarixi açıqlayıb

Agentliyin rəhbəri Şon Daffinin sözlərinə görə, ABŞ astronavtları 3,5 il ərzində Aya enəcək...

ABŞ yaxın 3,5 il ərzində astronavtlarını Aya endirməyi planlaşdırır.

Poliqon xəbər verir ki, bu barədə NASA-nın (ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi) icraçı direktoru Şon Daffi Fox News telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə amerikalı astronavtlar Ayı orbitdən dövrə vuracaq, lakin həmin mərhələdə eniş olmayacaq. Enişin isə ABŞ prezidenti Donald Trampın vəzifədə olduğu dövr ərzində – yəni 2029-cu ilin yanvarına qədər həyata keçirilməsi planlaşdırılır.

Şon Daffi əlavə edib ki, Ayda daimi ABŞ bazası yaradılacaq. Bu layihə nəticəsində əldə ediləcək biliklər gələcəkdə Marsa uçuş üçün əsas olacaq.

Qeyd edək ki, iyunun 23-də NASA alimlərinin Ayın köməyi ilə Yer orbitindəki peykləri kalibrləmək üçün Arcstone adlı unikal bir missiyaya başlayacağı açıqlanmışdı.

Bundan əvvəl, mayın 8-də isə “Roskosmos” və Çin Xalq Respublikası arasında Ayda enerji stansiyası tikintisi sahəsində əməkdaşlıq barədə memorandum imzalandığı bildirilmişdi.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr