
Qazaxıstan prezidenti Kasım-Comart Tokayevin Türkiyəyə rəsmi səfəri çərçivəsində bir sıra kommersiya sazişləri imzalanıb.
Reyting.az xəbər verir ki, “Kazakh İnvest”in mətbuat xidmətinin məlumatına görə, imzalanmış layihələr üzrə ümumi investisiya həcmi 490 milyon ABŞ dollarından çoxdur.
Bildirilir ki, bu təşəbbüslər kənd təsərrüfatı məhsullarının emalı, əczaçılıq istehsalı və logistikanı əhatə edir: “Bu, Türkiyə və Qazaxıstan arasında investisiya tərəfdaşlığının müxtəlifliyini və dərinliyini vurğulayır".
V. QULİYEV