Bakı. Trend:
ABŞ hökuməti astronavtların yaxın 3,5 il ərzində Ayaendirilməsini hədəfləyir.
Trend-inməlumatına görə, bu barədə Nəqliyyat naziri və NASA-nın icraçıdirektoru vəzifəsini icra edən Şon Daffi "Fox News" telekanalınaaçıqlama verib.
Daffi bildirib ki, gələn il NASA-nın Artemis proqramıçərçivəsində astronavtlar Ay ətrafında dövr edəcək, daha sonra isətəxminən bir il ərzində Aya eniş həyata keçiriləcək:
“Bu, Donald Tramp prezident vəzifəsində olarkən baş verəcək. Bizsonra Ayda baza quracaq, orada qalacaq və əldə etdiyimiz biliklərləMarsa çatmağa çalışacağıq.”
NASA-nın Artemis proqramı üç mərhələdən ibarətdir:
Artemis I (baş tutub) – "Orion" kosmik gəmisinin Ayın ətrafındapilotsuz uçuşu (noyabr-dekabr 2022).
Artemis II – heyətli gəminin Ay ətrafında dövr etməsi.
Artemis III – astronavtların Aya endirilməsi və gələcəkdə Marsmissiyası üçün hazırlıq.
İlkin olaraq Artemis II və III 2022 və 2024-cü illərəplanlaşdırılsa da, proqram dəfələrlə təxirə salınıb. Hazırda bumərhələlərin müvafiq olaraq 2026-cı ilin aprelində və 2027-ci ilinortalarında həyata keçirilməsi planlaşdırılır.
Əgər bu cədvəl dəyişməzsə, ABŞ təxminən 50 ildən sonra ilk dəfəolaraq astronavtları Ay səthinə endirəcək.