AZ

Konfrans Liqası: Azərbaycanın 3 klubu bu gün növbəti mərhələyə vəsiqə uğrunda yarışacaq

BAKI. 31 iyul. TELEQRAF

UEFA Konfrans Liqasında bu gün II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Teleqraf xəbər verir ki, Azərbaycanın 3 klubu növbəti mərhələyə vəsiqə uğrunda yarışacaq.

“Sabah” klubu turu keçməyə xeyli yaxındır. İlk oyunda Moldovada “Petrokub”u asanlıqla udan Bakı klubunun öz meydanında sensasiyaya imkan verməyəcəyi gözlənilir.

“Araz Naxçıxan” Yunaınstanda “Aris”lə çətin səfər görüşünə çıxacaq. Bakıda çətin qələbəyə sevinən təmsilçimiz uğurun davamını gətirməyə can atacaq.

“Zirə” komandasını isə Xorvatiyada “Hayduk”la çətin və gərgin qarşılaşma gözləyir. Bakıda qələbəni əldən verən Rəşad Sadıqovun yetirmələri səfərdə mərhələ adlamağa çalışacaqlar.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20:00 “Sabah” (Azərbaycan) – “Petrokub” (Moldova)

İlk oyun: 2:0

22:15 “Aris” (Yunanıstan) – “Araz-Naxçıvan” (Azərbaycan)

İlk oyun: 1:2

23:00 “Hayduk” (Xorvatiya) – “Zirə” (Azərbaycan)

İlk oyun: 1:1

Seçilən
6
teleqraf.com

1Mənbələr