Bakı, 31 iyul, AZƏRTAC
Daşkəsən stansiyasından 31 km cənub-qərbdə Kəlbəcər rayonunda zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata əsasən, yerli vaxtla saa 00:13-də qeydə alınan zəlzələnin maqnitudası 3 olub.
Zəlzələ ocağı Yerin 10 km dərinliyində yerləşib. Zəlzələ hiss olunmayıb.