Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
QOL.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən ilk olaraq “Sabah” meydana çıxacaq.
Valdas Dambrauskasın çalışdırdığı komanda Bakıda Moldova təmsilçisi “Petrokub”la qarşılaşacaq. Görüş Masazırdakı "Bank Respublika Arena"da oynanılacaq və saat 20:00-da start götürəcək.
Komandalar arasında Kişinyovda keçirilən ilk oyun "Sabah"ın 2:0 hesablı qələbəsi ilə başa çatdığından təmsilçimizin mərhələ adlamaq şansı daha yüksək qiymətləndirilə bilər.
Cütün qalibi Avropa Liqasının "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu ilə görüşəcək.
31 iyul
UEFA Konfrans Liqası, 2-ci mərhələnin cavab oyunu
20:00. “Sabah”(Azərbaycan) - “Petrokub” (Moldova)
Baş hakim Danilo Nikoliç (Serbiya)
Ilk oyun - 2:0
Masazır. "Bank Respublika Arena"