AZ

Ontario hökuməti “Starlink” ilə müqaviləsini ləğv etdi

Bakı. Trend:

Kanada əyaləti Ontario hökuməti əyalətin şimal bölgələrində peykinterneti təmin etmək üçün “Starlink” ilə imzaladığı 100 milyondollarlıq müqaviləni ləğv edib.

Trend-in "GlobalNews"a istinadla verdiyi məlumata görə, sözügedən müqavilə 2023-cüilin noyabrında imzalanmış və təxminən 15 min ev təsərrüfatınayüksək sürətli peyk interneti çatdırılmasını nəzərdə tutmuşdu.Layihə “SpaceX” şirkətinə məxsus “Starlink” platforması üzərindənhəyata keçirilməli idi.

Hökumətin nümayəndəsi mətbuata açıqlamasında bildirib:
“Hökumətimiz ‘Starlink’ ilə müqaviləni ləğv etdi. Biz əyalətboyunca sabit və uzunmüddətli yüksək sürətli internetə çıxışı təminetmək məqsədilə alternativ həll yolları axtarırıq.”

Müqavilənin ləğvi cərimə ödənişi ilə müşayiət olunsa da, onunməbləği açıqlanmayıb. Hökumətdəki mənbələr danışıqların konstruktivkeçdiyini, kompensasiya məbləğinin 100 milyon dollardan xeyli azolduğunu bildiriblər.

Ontario hökuməti hələlik alternativ internet provayderlərininkimlər olacağını və yeni müqavilənin nə vaxt bağlanacağınıaçıqlamayıb.

Seçilən
8
az.trend.az

1Mənbələr