AZ

Qleyzer elan etdi: “Tank” karyerasını bitirir

Boksçu Rik Qleyzer yüngül çəkidə WBA çempionu Cervont Deyvisin (30-0-1, 28 KO) karyerasını bitirmək qərarına gəldiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Qleyzer bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Bir neçə çox etibarlı mənbənin məlumatına görə, “Baltimor”un ən yaxşı boksçusu “Tank Deyvis” təqaüdə çıxır və bir daha döyüşməyəcək. “Tank” yəqin ki, boksdan yorulub. Tank pulu bitənə qədər təqaüddə olacaq”, – Qleyzer yazıb.

Seçilən
15
publika.az

1Mənbələr