AZ

"Telegram"da yeni funksiya

"Telegram"da nəşrlərin qlobal axtarışı funksiyası yaradılıb. SİA xəbər verir ki, bu barədə “Kod Durova” məlumat yayıb.

Məlumata görə, "Android"də "Telegram" messencerinin beta versiyasında bütün kanallarda nəşrlərin qlobal axtarışı funksiyası istifadəyə verilib. Xüsusiyyətdən "Premium" abunə sahibləri istifadə edə bilər. Pulsuz istifadəçilər isə yalnız iki axtarış sorğusu həyata keçirə biləcəklər. Sonrakı əməliyyatlar üçün 10 ulduz ödəmək lazımdır.

Seçilən
3
1
sia.az

2Mənbələr