Ufanın mərkəzində yerləşən binalardan biri uçub.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Kommunistiçeskaya küçəsində binanın divarının bir hissəsi dağılıb.
Nazirliyin Başqırdıstan Respublikası üzrə mütəxəssisləri hadisə yerinə cəlb olunublar.
Müəyyən edilib ki, bina 2024-cü ildən istifadə edilmir, onun qaz təchizatı da dayandırılıb.
Tələfat yoxdur. Hadisənin səbəbi müəyyənləşdirilir.