AZ

İtaliyada Qərbi Nil virusundan ölənlərin sayı artır

Bakı. Trend:

İtaliyada Qərbi Nil virusu səbəbilə həyatını itirənlərin sayı 9nəfərə yüksəlib. Son olaraq Kampaniya regionunun Kazerta əyalətində76 və 72 yaşlı iki kişi dünyasını dəyişib.

Trend-inməlumatına görə, bu, son iki gündə ölkə üzrə 4-cü, həmin regiondaisə 5-ci ölüm halı kimi qeydə alınıb.

Hazırda Kazerta əyalətində 17 yoluxma halı təsdiqlənib.Ümumilikdə ölkə üzrə Qərbi Nil virusuna 59 nəfər yoluxub. Onlardan16-sı xəstəxanaya yerləşdirilib, 3 nəfərin vəziyyəti isə kritikolaraq reanimasiyada dəyərləndirilir.

Qərbi Nil virusu əsasən ağcaqanadlar vasitəsilə yayılır.Yoluxanların təxminən 80 faizində heç bir simptom müşahidə olunmur,digər 20 faizində isə hərarət, halsızlıq, ürəkbulanma, qusma,başağrısı və əzələ ağrıları müşahidə edilir.

Xəstəliyə daha çox Afrika, Avropa, Yaxın Şərq, Şimali Amerika vəQərbi Asiyada rast gəlinir. 2024-cü ilin əvvəlindən etibarənİtaliyada 460 yoluxma və 20 ölüm halı qeydə alınıb.

Seçilən
7
az.trend.az

1Mənbələr