BAKI. 31 iyul. TELEQRAF
İyulun 31-nə keçən gecə Rusiya ordusu pilotsuz uçan təyyarələrlə Kiyevə yenidən hücum edib.
Teleqraf Ukrayna mətbuatına istinadən xəbər verir ki, paytaxtda partlayış səsləri eşidilib, dağıntılar və xəsarət alanlar var.
Çoxmərtəbəli binalardan birinin həyətində bir neçə avtomobil külə dönüb. Kiyevdəki ali təhsil müəssisələrindən birinə də zərbələr endirilib.
Məlumata görə, Kiyevdə ən azı 8 nəfərin xəsarət alıb. Yaralananlar arasında qadınlar və uşaqlar da var.