Bakı. Trend:
Milli Basketbol Assosiasiyasının (NBA) sabiq müdafiəçisi GilbertArinas qanunsuz qumar biznesinin təşkilində şübhəli bilinərəkKaliforniya ştatında saxlanılıb.
Trend-inməlumatına görə, bu barədə məlumatı ABŞ-i Kaliforniya MərkəziDairəsinin Prokurorluğunun mətbuat xidməti yayıb.
İstintaqın məlumatına əsasən, Arinas 2021-ci ilin sentyabrından2022-ci ilin iyuluna qədər öz şəxsi malikanəsini yüksək mərcliqanunsuz poker oyunlarının təşkili üçün icarəyə verib. Onunlabirlikdə bir neçə İsrail vətəndaşı da saxlanılıb.
43 yaşlı Arinas NBA karyerası ərzində “Golden State Warriors”,“Washington Wizards”, “Orlando Magic” və “Memphis Grizzlies”komandalarının formasını geyinib. O, 2005, 2006 və 2007-ci illərdəNBA All-Star oyunlarında iştirak etmişdi.
Hazırda araşdırmalar davam edir, Arinasa qarşı ittihamlarlabağlı detallı açıqlama verilməyib.