Husilər pilotsuz uçuş aparatlarından istifadə edərək İsraildəki üç hərbi obyektə hücum edib...
Poliqon xəbər verir ki, bunu Husi silahlı qüvvələrinin nümayəndəsi, briqada generalı Yəhya Saria “Al Masirah” telekanalına bildirib.
Onun sözlərinə görə, iki pilotsuz uçuş aparatı Təl-Əvivdə strateji əhəmiyyətli obyekti vurub. İki pilotsuz təyyarə Aşkelondakı hərbi obyektə, biri isə Negev səhrasındakı hərbi obyektə hücum edib.
Saria husilərin döyüş əməliyyatının uğurla keçdiyini, bütün hədəflərin dəqiq vurulduğunu qeyd edib.
İyulun 30-da “Ənsar Allah” qruplaşmasının İsrailin Ben Qurion hava limanını hipersəs raketi ilə vurduğu bildirilib.
Poliqon.info