AZ

Rusiya Duması London və Vaşinqtonu "Aeroflot"-a kiberhücumda ittiham etdi

BAKI, 31 iyul. TELEQRAF

""Aeroflot" və digər Rusiya şirkətlərinin İT infrastrukturuna kütləvi haker hücumunun arxasında ABŞ və Böyük Britaniya kəşfiyyat xidmətləri dayanır".

Teleqraf xəbər verir ki,bu fikri “Abzats” nəşrinə müsahibəsində Dövlət Dumasının informasiya siyasəti, informasiya texnologiyaları və kommunikasiyalar komitəsinin sədr müavini Andrey Svintsov səsləndirib.

Onun sözlərinə görə, bu cür hücumlar Qərbin Rusiyaya qarşı başlatdığı müəyyən “sistemli təxribatın” bir hissəsidir və onlar Rusiyanın SVO-da “son qələbəsinə” qədər, eləcə də Rusiya Federasiyasında idxal olunan proqram təminatı tamamilə dəyişdirilənə qədər davam edəcək.

“Bu, Rusiyaya qarşı həyata keçirilən sistemli diversiya cəhddir” deyən A.Svintsov təkcə iri rus şirkətlərinin deyil, kiçik bizneslərin də hücuma məruz qaldığını söyləyib. Onun fikrincə, Qərb bununla Rusiya iqtisadiyyatına zərbə vurmağa çalışır, çünki o, “döyüş meydanında Rusiyanı məğlub edə bilməyib” və “sanksiyaların işə yaramadığını” başa düşür.

Deputat xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin proqram təminatı və texnologiya sektorunda idxalı əvəzləmə proseslərinin sürətləndirilməsi barədə şəxsən göstəriş verib. Bu arada, A.Svintsovun sözlərinə görə, Rusiya ilk dəfədir ki, “əsl kibermüharibə” ilə üzləşir ki, bu da "ayrı-ayrı hakerlərin deyil, bütöv kəşfiyyat qurumlarının" işidir: “Bu, Amerika və Britaniya kəşfiyyat orqanlarının planlı şəkildə həyata keçirdikləri aksiyadır”.

Seçilən
26
teleqraf.com

1Mənbələr