AZ

Zelenski: Kiyev və Vaşinqton irimiqyaslı silah tədarükü ilə bağlı razılığa gəlib

BAKI, 31 iyul. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna vəABŞ-nin ilə irimiqyaslı silah tədarükü ilə bağlı razılığa gəldiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, rəsmi Telegram kanalında yazıb.

V.Zelenskinin sözlərinə görə, Kiyev və Vaşinqton arasında yeni razılaşmalar “hər iki ölkəni mütləq gücləndirəcək”.

O, həmçinin amerikalılara guya “Rusiyaya təzyiq etdiklərinə” görə təşəkkür edib.

Amma Prezident ABŞ-dən Ukraynaya hansı növ silahların göndərilməsinin planlaşdırıldığını vəmüqavilənin təfərrüatlarını açıqlamayıb.

Seçilən
11
teleqraf.com

1Mənbələr