AZ

İtaliyada Qərbi Nil virusundan ölənlərin sayı artır

İtaliyada Qərbi Nil virusundan ölənlərin sayı 9-a yüksəlib. SİA xəbər verir ki, ötən gün virusa yoluxan daha iki nəfər dünyasını dəyişib. Kampaniya regionunun Kazerta əyalətində 76 yaşlı kişi və Maddalonidə 72 yaşlı kişi virusun növbəti qurbanları olublar. Bu, son iki gündə ölkə üzrə 4-cü, həmin regionda isə indiyədək 5-ci ölüm hadisəsidir. Kazerta əyalətində bu vaxtadək Qərbi Nil virusuna yoluxma hallarının sayı 17-dir.

Ölkə üzrə Qərbi Nil virusuna yoluxmuş 59 nəfərdən 16-sı xəstəxanaya yerləşdirilib, 3-ü reanimasiyadadır.

Ağcaqanadların yoluxdurduğu xəstəliyə tutulanların təxminən 80 faizində heç bir əlamət olmadığı halda, 20 faizində hərarət, halsızlıq, ürəkbulanma, qusma, başağrısı, əzələ ağrısı kimi simptomlar müşahidə edilir. Qərbi Nil virusuna yoluxma faktlarına daha çox Afrika, Avropa, Yaxın Şərq, Şimali Amerika və Qərbi Asiyada rast gəlinir. 2024-cü ildə İtaliyada bu virusa 460 yoluxma və 20 ölüm olub.

Seçilən
55
1
sia.az

10Mənbələr