Bakının Xətai rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyatı hadisəsi qeydə alınıb.
Teleqraf” xəbər verir ki, hadisə “Neapol” dairəsində baş verib.
2007-ci il təvəllüdlü Xəlilzadə Xəlil Kərim oğlu idarə etdiyi motosikleti dairədə olan səkiyə çırpıb. Bundan sonra motosiklet aşıb.
Qəza nəticəsində sürücü X.Xəlilzadə və sərnişin 2008-ci il təvəllüdlü Məmmədov Yaşar Vüqar oğlu xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, X.Xəlilzadə ağır kəllə-beyin travması alıb. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Fakt üzrə Xətai Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.