AZ

Azərbaycan Rusiyanı keçdi

BAKI. 31 iyul. TELEQRAF

Azərbaycan UEFA reytinqində Rusiyanı geridə qoyub.

Teleqraf xəbər verir ki, bu, "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə İrlandiya "Şelburn"u üzərində 1:0 hesablı qələbəsi sayəsində mümkün olub.

Aktivinə daha 0,250 xal əlavə edən Azərbaycan son 5 mövsümdə topladığı xal sayını 18,375-ə yüksəldərək, 28-ci pilləyə qalxıb. Bütün yarışlardan kənarlaşdırılan Rusiya 18,299 xalla 29-cu pilləyə enib. 27-ci pillədəki Ukraynanın isə 18,725 xalı var.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 3 klubu - "Sabah", "Araz-Naxçıvan" və "Zirə" UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin cavab görüşünə çıxacaq. Ona görə də reytinq xalının daha da artma ehtimalı var. Hazırda heç-heçəyə 0,125 xal, qələbəyə 0,250 xal verilir.

Seçilən
24
teleqraf.com

1Mənbələr