AZ

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Bu, Şimali Makedoniya təmsilçisi “Şkendiya”dır.

II təsnifat mərhələsi çərçivəsində doğma meydanda Rumıniyanın FCSB kollektivinə 1:0 hesabı ilə qalib gələn “Şkendiya”, səfərdə də qələbə qazanaraq (2:1) Ağdam təmsilçisinə rəqib olub.

Qeyd edək ki, II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandasına iki oyunun nəticəsinə əsasən 4:0 hesabı ilə qalib gələn “Qarabağ” növbəti raunda adlayıb.

Seçilən
38
18
cbcsport.az

10Mənbələr