Kanada Fələstində seçkilərin keçirilməsi, zəruri islahatların həyata keçirilməsi və HƏMAS hərəkatının gələcək hökumətdə iştirakdan imtina edərək silahı təhvil verməsi şərti ilə BMT Baş Assambleyasının 80-cı sessiyasında sentyabrda Fələstinin dövlətçiliyini tanımağa hazırdır.
"Report"un məlumatına görə, bu barədə Kanada baş naziri Mark Karni bəyan edib.
Onun sözlərinə görə, Kanada həmişə sülh və təhlükəsizlik içində yaşayan müstəqil dövlət kimi İsrailin mövcudluğunu qətiyyətlə dəstəkləyəcək. "Lakin davamlı sülhə gedən yol İsrailin təhlükəsizlik hüququnu tanıyan həyat qabiliyyətli və sabit Fələstin dövləti olmadan mümkün deyil", - deyə Karni qeyd edib.
O, həmçinin HƏMAS-ı 7 oktyabr 2023-cü ildə ələ keçirilən bütün girovları dərhal azad etməyə çağırıb.