AZ

Çexiya parlamentarisi - Kreml rejiminə dekorasiya olmaq niyyətində deyiləm - VİDEO

BAKI, 31 iyul. TELEQRAF

Çexiya parlamentinin aşağı palatasının rəhbəri Marketa Pekarova-Adamova Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun çıxışı zamanı etiraz əlaməti olaraq, Cenevrədə keçirilən Parlament Sədrlərinin Ümumdünya Konfransının konfrans zalını tərk edib.

Teleqraf xəbər verir ki, digər Qərb siyasətçiləri də onunla birgə zalı tərk ediblər.

Marketa Pekarova-Adamova addımını belə şərh edib: "Mən Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenkonun çıxışı zamanı zalı tərk etdim, çünki yalan üzərində qurulmuş cinayətkar Kreml rejiminə dekorasiya olmaq niyyətində deyiləm".

O bildirib ki, sözügedən rejim "Ukrayna ərazisində silahlı qüvvələrdən istifadəni açıq şəkildə dəstəklədikdən sonra təcavüz cinayətinə və Rusiya tərəfindən törədilmiş bütün vəhşiliklərə görə şəxsən məsuliyyət daşıyır".

M.Pekarova-Adamovaəlavə edib: "Mənim üçün daha faydalı olan, zalı mənimlə birlikdə tərk edən və Ukraynanın azadlıq və demokratiya uğrunda mübarizəsini dəstəkləyən həmkarlarımla müzakirəyə vaxt ayırmaq idi".

Seçilən
70
teleqraf.com

1Mənbələr