AZ

Harris Kaliforniya qubernatorluğuna namizəd olmaqdan imtina etdi

ABŞ-ın keçmiş vitse-prezidenti və Demokratlar Partiyasından dövlət başçısı vəzifəsinə keçmiş namizəd Kamala Harris 2026-cı ildə Kaliforniya qubernatoru postuna namizəd olmayacaq.

Publika.az xəbər verir ki, siyasətçi bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, son bir neçə ay ştatın qubernatorluğuna namizəd olmaq barədə ciddi düşünüb.

Harris vurğulayıb ki, o, Kaliforniyanı, onun əhalisini və perspektivlərini sevir. Lakin sonda siyasətçi gələcək seçkilərdə iştirak etməməyə qərar verib.

Aprelin 11-də “New York Times” öz mənbələrinə istinadən Harrisin Kaliforniya qubernatorluğuna namizədliyini irəli sürməyi planlaşdırdığını yazmışdı.

Seçilən
25
publika.az

1Mənbələr