AZ

FTB Trampla bağlı minlərlə gizli sənəd aşkarladı

ABŞ prezidenti Donald Trampın Rusiya ilə iddia olunan əlaqələri ilə bağlı məxfi sənədlər aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel gizli otaqda (məxfi məlumatların emalı üçün qapalı zona adlanan (SCIF) məkan) olan bir neçə paketdə minlərlə sənəd tapıb.

Tapılan sənədlər arasında ABŞ kəşfiyyatının FTB-nin Trampın Rusiya ilə əlaqələri barədə narrativin yayılmasında "rol oynamaq" niyyəti barədə məlumatının olduğunu göstərən sənəd var.

Seçilən
36
4
publika.az

10Mənbələr