AZ

Tanınmış bankın departament rəhbəri deputat olmaq istəyir

AtaBank-ın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyinin irəli sürülməsi prosesinə başlayıb.

O, uzun müddət "AtaBank” ASC-də müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2018-ci ildə bankın Biznesin İnkişafı departamentinin direktoru vəzifəsinə irəli çəkilib. 

Məlumat üçün bildirək ki, O.İbrahimov 1986-cı ildə Bakı şəhərində anadan olub.        Ali təhsillidir. Marketinq və satış kimi sahələr üzrə müxtəlif beynəlxalq dərəcəli sertifikatlara sahibdir. 



www.anews.az
Seçilən
14
anews.az

1Mənbələr