Volqoqrad hava limanında təyyarələrin uçuş və enişinə məhdudiyyətlər tətbiq edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsiya) rəsmi nümayəndəsi Artyom Korenyako özünün Telegram kanalında məlumat verib.
O qeyd edib ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunub.
Bundan əvvəl Volqoqrad vilayətində pilotsuz uçuş aparatları (PUA) hücumu nəticəsində qatarların hərəkətində də gecikmələr qeydə alınmışdı.