AZ

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vuruldu

style='margin-bottom:10px;'>

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.

QOL.az xəbər verir ki, 2-ci oyun günündə 10 cavab matçı keçirilib.

“Qarabağ” Bakıda İrlandiyanın “Şelburn”u ilə qarşılaşıb. İlk görüşdə  3:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi bu oyunda da rəqibini üstələyərək (1:0) növəti mərhələyə yüksəlib.

"Qarabağ"ın 3-cü mərhələdəki rəqibi isə "Şkendiya" olub. Şimali Makedoniya klubu evdə 1:0 hesabı ilə qalib gəldiyi FCSB-ni Rumıniyada da üstələyib - 2:1. 

 

30 iyul

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları

20:00. "Qarabağ" (Azərbaycan) – "Şelburn" (İrlandiya) - 1:0
İlk oyun – 3:0

21:00. "Malmö" (İsveç) – RFS (Latviya) - 1:0
İlk oyun – 4:1

21:30. FCSB (Rumıniya) – "Şkendiya" (Şimali Makedoniya) - 1:2
İlk oyun – 0:1

21:30. "Ludoqorets" (Bolqarıstan) - "Riyeka" (Xorvatiya) - 3:1 
İlk oyun – 0:0

22:00. "Ferentsvaroş" (Macarıstan) – "Noa" (Ermənistan) - 4:3
İlk oyun – 2:1

22:00. "Makkabi" (Təl-Əviv, İsrail) – "Pafos" (Kipr) - 0:1
İlk oyun – 1:1

22:45. "Panatinaikos" (Yunanıstan) – "Reyncers" (Şotlandiya) - 1:1
İlk oyun – 0:2

22:30. "Breydablik" (İslandiya) – "Lex" (Polşa) - 0:1
İlk oyun – 0:7

22:45. "Zalsburq" (Avstriya) – "Brann" (Norveç) - 1:1
İlk oyun – 4:1

23:00. "Servett" (İsveçrə) – "Viktoriya" (Plzen, Çexiya) - 1:3
İlk oyun – 1:0

29 iyul

19:00. "Kayrat" (Qazaxıstan) - "KuPS Kuopio" (Finlandiya) - 3:0

İlk oyun: 0:2

22:00. "Drita" (Kosovo) - "Kopenhagen" (Danimarka) - 0:1

İlk oyun: 0:2

22:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Hamrun" (Malta) - 3:0

İlk oyun: 3:0

23:00. "Srvena Zvezda" (Serbiya) - "Linkoln" (Cəbəllütariq) - 5:1

İlk oyun: 1:0

23:00. "Zrinski" (Bosniya və Herseqovina) - "Slovan Bratislava" (Slovakiya) - 2:2

İlk oyun: 0:4

Seçilən
34
9
teleqraf.com

10Mənbələr