AZ

Reuters: Neft şirkətləri ABŞ-a Braziliya neftinin göndərilməsini dayandırıb

ABŞ-ın Braziliyadan idxal olunan mallara 50 faiz həcmində gömrük rüsumları tətbiq etməsindən sonra neft şirkətləri bu ölkədən ABŞ-a neft tədarükünü dayandırıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Tədarükü dayandıran şirkətlər arasında Petrobras, Shell, TotalEnergies, ExxonMobil və Equinor yer alır. Bu barədə Braziliya Neft və Qaz İnstitutunun rəhbəri Roberto Ardengi məlumat verib.

Qeyd olunur ki, neft Braziliyanın ABŞ-a ixrac etdiyi əsas məhsuldur. 2025-ci ilin aprelində ABŞ Braziliyadan idxal olunan mallara 10 faiz rüsum tətbiq etmişdi, lakin bu məhdudiyyət neftə şamil olunmamışdı. İndi də oxşar istisnanın tətbiq oluna biləcəyi istisna edilmir.

Seçilən
6
nocomment.az

1Mənbələr