“Çinlə davam edən ticarət danışıqları yaxşı irəliləyir”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlayıb.
ABŞ lideri ədalətli razılığın əldə olunması ehtimalının mövcudluğunu bildirib:
“Düşünürəm ki, hər şey çox yaxşı olacaq. Eyni yoldayıq. Məncə, Çinlə çox ədalətli bir razılaşma əldə edəcəyik”.