AZ

Avropa Kuboku: Azərbaycanı 9 cüdoçu təmsil edəcək

BAKI. 31 iyul. TELEQRAF

Avqust 2-3-də Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.

Teleqraf xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda Azərbaycan 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq.

Milli komandaya gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.

Turnirdə 26 ölkədən 241 idmançı mübarizə aparacaq.

Yığmanın heyəti belədir:

Oğlanlar

60 kq

Nihad Məmişov

Fərid Qarayev

66 kq

Məhəmməd Musayev

Nizami İmranov

73 kq

Əbil Yusubov

81 kq

Süleyman Şükürov

90 kq

Tuncay Şamil

Aslan Kotsoyev

+100 kq

Ramazan Əhmədov

Seçilən
16
teleqraf.com

1Mənbələr