AZ

ÇL: “Viktoriya” və “Reyncers” 3-cü təsnifat mərhələsində!

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, 2-ci raundun cavab oyunları çərçivəsində bu gün son 10 qarşılaşma keçirilib.

Azərbaycan çempionu “Qarabağ” İrlandiyanın “Şelburn” komandasını mübarizədən kənarlaşdırıb. Təmsilçimizin növbəti mərhələdəki rəqibi Rumıniyanın “Styaua” klubunu hər iki oyunda məğlub etmiş “Şkendiya” (Şimali Makedoniya) olacaq.

Şotlandiya nəhəngi “Reyncers” Yunanıstanın “Panatinaikos” komandası ilə dueldən qalib ayrılıb. Plzen “Viktoriya”sı isə evdə uduzduğu “Servett” komandasına səfərdə artıqlaması ilə qol vuraraq mərhələ adlayıb.

Xatırladaq ki, bir gün öncə ÇL-də mərhələ adlayan daha 5 klub dəqiqləşmişdi.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
30 iyul

Qarabağ (Azərbaycan) – Şelburn (İrlandiya) 1:0
İlk oyun: 3:0

Malmö (İsveç) – RFS (Latviya) 1:0
İlk oyun: 4:1

Styaua (Rumıniya) – Şkendiya (Şimali Makedoniya) 1:2
İlk oyun: 0:1

Ludoqorets (Bolqarıstan) – Riyeka (Xorvatiya) 3:1
İlk oyun: 0:0

Ferentsvaroş (Macarıstan) – Noa (Ermənistan) 4:3
İlk oyun: 2:1

Makkabi (Təl-Əviv, İsrail) – Pafos (Kipr) 0:1
İlk oyun: 1:1

Panatinaikos (Yunanıstan) – Reyncers (Şotlandiya) 1:1
İlk oyun: 0:2

Breydablik (İslandiya) – Lex (Polşa) 0:1
İlk oyun: 0:7

Zalsburq (Avstriya) – Brann (Norveç) 1:1
İlk oyun: 4:1

Servett (İsveçrə) – Viktoriya (Plzen, Çexiya) 1:3
İlk oyun: 1:0

Seçilən
51
7
arena.az

10Mənbələr