Hər bir uçuşa dair məlumat hava hərəkəti xidməti məntəqələrinə uçuş planı formasında təqdim edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hava məkanından istifadə və uçuş Qaydaları”nda əksini tapıb.
Uçuş planı istənilən hava hərəkətinə xidmət göstərildikdə və ya IFR uçuşları zamanı mütləqdir.
Həmçinin, axtarış-xilasetmə və digər təyinatlı uçuşlar üçün plan təqdim olunmalıdır.
Dövlət sərhədi keçən və xarici hava gəmiləri uçuşları da bu qaydaya tabedir.