...Mercedes-AMG GT superkarı 1000 at gücünə malik yeni yüklənmiş versiya əldə edib.
…Brabus mütəxəssisləri tərəfindən yaradılıb və Alman studiyasının müasir xəttində ən sürətli yaradılışdır. Yeni Brabus 1000 (avtomobil belə adlanır) məhdud tirajla buraxılacaq və onun qiyməti 300.000 avronu keçəcək.
SİA-nın məlumatına görə, avtomobilin təfərrüatları Brabusun rəsmi saytında açıqlanıb.
Mercedes-AMG GT-nin tüninqi olduqca hərtərəfli oldu. Əsas 816 at gücünə malik plug-in hibrid qurğuya malik E-Performance-ın ən yüksək səviyyəli versiyası kimi götürülüb. V8 tvin-turbo-nun tutumu 4,5 litrə qədər artırılıb, yeni turbinlər və egzoz da quraşdırılıb, lakin elektrik mühərrikinə toxunulmayıb.
Nəticə 1000 at gücüdürvə 1620 Nm fırlanma anı.
Yeni Mercedes-AMG GT Brabus 1000 100 km/saat sürəti 2,5 saniyəyə yığa bilir, onun maksimal sürəti isə 320 km/saatla məhdudlaşdırılıb.
Eyni zamanda, hibrid birləşmiş dövrədə 100 km-ə cəmi 9 litr sərf edir.
Mercedes-AMG GT superkarı karbon lifli kuzov dəsti, dekor və spoyler, həmçinin qabaqda 21 düym və arxada 22 düym diametrli Monoblok Z təkər diskləri alıb.
Radiator barmaqlığı da dəyişdirilib. Mercedes-AMG GT-nin salonu bahalı qara dəri, həmçinin zamşa və karbon lifi ilə işlənib.
Bundan əlavə, bürünc rəngli əlavələr meydana çıxıb.
Nazlı Almuradova