Nəzarət olunan hava məkanında, qabaqcadan razılaşdırılmış hallar istisna olmaqla, hava gəmiləri qrup şəklində uçmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hava məkanından istifadə və uçuş Qaydaları”nda əksini tapıb.
Qrup uçuşlarında naviqasiya və yerini təyinetmə məlumatları tək bir hava gəmisinə aid şəkildə təmin edilir.
Pilotlar hava gəmiləri arasındakı intervalların qorunmasına cavabdehdirlər və uçuş zamanı təhlükəsiz keçid vaxtlarını nəzərə almalıdırlar.
Hər bir hava gəmisi aparıcı hava gəmisindən en və uzun səthlərdə 1 km, şaquli səthlərdə isə 30,5 metr məsafədə olmalıdır.