AZ

Kreml Ermənistana NATO ilə yaxınlaşma riskləri barədə xəbərdarlıq edib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Ermənistan- Azərbaycan arasında yaxınlaşma sabitliyin pozulması və qarşıdurmanın yaranması ilə təhlükə yaradır...

Poliqon xəbər verir ki , o, bu sözləri “İzvestiya” nəşrinə müsahibəsində deyib.

"Bunlar həqiqətən risklərdir, çünki vəziyyət getdikcə pisləşir və bunun necə bitəcəyini hamı bilir. Şimali Atlantika Alyansı harada peyda olursa olsun, qarşıdurma yaranır, hərbi gərginlik artır, "sülh", "sabitlik", "normallıq" sözləri unudulur", o, deyib.

Zaxarova bildirib ki, NATO keçmiş sovet respublikaları ilə müstəmləkəçilik münasibətləri qurmağa çalışır və Alyansın guya məqsədi postsovet ölkələrinin resurslarından istifadə etmək və münaqişələri qızışdırmaqdır. Onun sözlərinə görə, NATO-nun məqsədi regionun resurslarından Qərbin maraqları üçün, xüsusən də Rusiya ilə geosiyasi qarşıdurma kontekstində istifadə etməkdir.

Poliqon.info 

Seçilən
15
poliqon.info

1Mənbələr