AZ

Macarıstan kiçik modul nüvə reaktorlarının tikintisinə hazırlaşır

Bakı. Trend:

Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkəsinin Amerikadizaynlı kiçik modul nüvə reaktorlarının (SMR) tikintisi üçünhazırlıq işlərinə başladığını açıqlayıb.

Trend xəbər verirki, bu barədə "Telex" məlumat yayıb.

Nazir bildirib ki, Macarıstanın dövlətə məxsus Hunatom şirkətiPolşanın Synthos Green Energy şirkəti ilə yeni nüvətexnologiyalarının tətbiqinə dair texnoloji və hüquqi hazırlıqişlərini nəzərdə tutan müqavilə imzalayıb.

“Bu saziş Macarıstanda Amerika nüvə texnologiyasının tətbiqiüçün zəruri olan texnoloji, infrastruktur, maliyyə və hüquqihazırlıq prosesinin başlanmasını təmin edir”, – deyə Siyarto qeydedib.

O, əlavə edib ki, məhdud resurslara malik ölkələr üçün iri atomelektrik stansiyalarının tikintisi çətin və qeyri-real görünəbilər. Bu baxımdan, əvvəlcədən hazırlanaraq yerində asanlıqlaquraşdırıla bilən kiçik modul reaktorlar səmərəlialternativdir.

Qeyd edək ki, kiçik modul reaktorlar nisbətən yeni texnologiyahesab olunur. İlk belə reaktor 2023-cü ildə ABŞ-da rəsmi olaraqtəsdiqlənib.

Seçilən
17
1
az.trend.az

2Mənbələr