AZ

Çinin əsas məqsədi nədir?



"Rusiya və Ukrayna arasında davam edən müharibə dünyanın siyasi, iqtisadi və hərbi strategiyalarında köklü dəyişikliklərə səbəb oldu. İlk növbədə coğrafi məkan olaraq hərbi əməliyyatların getdiyi Avropada illərdir üzəri örtülən və toz basmış gerçəkliklər gün üzünə çıxdı. Göründü ki, qoca qitə təhlükəsizliyini təmin edəcək səviyyədə deyil".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Pərviz Mirizadə səsləndirib. O deyib ki, bunun da əsas səbəbi məhz ABŞ faktorudur:

"Vaşinqtonun təhlükəsizlik çətiri uzun müddətdir Avropada bir komfort zonası yaratmışdı ki, Trampın gəlişi bu düzəni dəyişdi və qitə dövlətləri sanki bir boşluğa düşdü. Əslində isə bu situasiya doğru qiymətləndirildikdə Avropa ölkələri üçün öz potensiallarını genişləndirmək baxımından əvəzsiz bir fürsət idi. Lakin son proseslər onu göstərir ki, qitə gücləri mövcud şərtlər fonunda ABŞ liderliyini qəbul edirlər.

Medalın digəri üzü olan Rusiya üçün də artıq işlər arzuolunan səviyyədə deyil. Trampın vaxt məsələsi, ordunun çox saylı itkiləri, kəskinləşən sanksiyalar Moskvanı çətin vəziyyətə salıb. Dünyanın ən çox quru döyüş texnikasına sahib olan Rusiya silah anbarlarını boşaltmış vəziyyətdir. Döyüş meydanında rus texnikasını isə Şimali Koreya silahları əvəz edir. Bu isə nə qədər davam edəcək sual altındadır".

Pərviz Mirizadə qeyd edib ki, ümumilikdə, müharibənin əks təsirləri Kreml üçün bərpa olunması çətin çatlar yaradır:

"Təbii ki, geniş spektrdə konfliktin qazanan bir digər tərəfi ABŞ-la yanaşı Çindir. Çin müharibənin davam etməsində maraqlıdır. Çünki Pekin yaranmış geoiqtisadi riskləri fürsətə çevirməyi yaxşı bacarır və klassik Çin fəlsəfəsinə sadiq qalaraq " müşahidə et zəifləyəni ələ al" prinsipi əsasında Rusiyanın resurslarından maksimum dərəcədə yararlanır. Rusiyanın azalan insan populyasiyası Pekinə irəliləyən zamanda Rusiya ərazilərini ələ keçirmək üçün yeni fürsətlər yaradır. Bilirik ki, çinlilərin əsas istəyi də məhz budur. Digər tərəfdən ABŞ-ın Ukrayna böhranına fokuslanması Pekinin Tayvan ətrafında və Sakit okean hövzəsində təsir dairəsini genişləndirməsinə zəmin yaradır. Vaşinqton eyni anda müxtəlif cinahlarda tam formada mübarizə apara bilmir. Çinin məhz əsas istəyi budur ki, iqtisadi cəhətdən dünya liderliyini ələ keçirsin və onu hərbi üstünlüyə transformasiyasın reallaşdırsın".

Süleyman
Seçilən
23
newscenter.az

1Mənbələr