AZ

ABŞ İran və Rusiya məhsullarını daşıyan gəmiçilik şəbəkəsinə sanksiya tətbiq edib

Vaşinqton, 31 iyun, AZƏRTAC

ABŞ-ın Xəzinədarlıq Departamenti Xarici Aktivlərə Nəzarət İdarəsi İranda 50-dən çox fiziki və hüquqi şəxs, həmçinin nəhəng gəmiçilik şəbəkəsinə məxsus 50 gəmiyə sanksiya tətbiq etdiyini açıqlayıb. AZƏRTAC-ın məlumatına görə, bu sanksiya 2018-ci ildən bəri İranla bağlı ən böyük sanksiya paketi kimi nəzərdən keçirilir. Bildirilir ki, sözügedən şəbəkəyə İranın Ali rəhbərinin siyasi müşaviri Əli Şamxaninin oğlu Məhəmməd Hüseyn Şəmxani nəzarət edir. Məlumata əsasən, bu şəbəkə İran və Rusiyadan neft və neft məhsullarını, eləcə də digər yükləri bütün dünya üzrə alıcılara çatdıraraq on milyardlarla dollar gəlir əldə edir.

“Bu gün qəbul edilən 115-dən çox sanksiya Tramp administrasiyasının İrana maksimum təzyiq kampaniyası çərçivəsində bu günədək böyük sanksiyadır”,- deyə xəzinədarlıq katibi Skot Bessent deyib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
37
2
azertag.az

3Mənbələr