"Rusiya, Ermənistandakı 102 saylı hərbi hissəsinə canlı qüvvə və silah-sursat yığır. Heç şübhəsiz ki, Rusiyanın bu addımı Azərbaycana qarşı deyil. Baxmayaraq ki, bunu Azərbaycanla bağlamaq təşəbbüsündə olan siyasi ekspertlər həm Rusiyada, həm də Ermənistanda var".
Newscenter.az xəbər verir ki, bunları deyən siyasi ekspert Çingiz Şahbazinin sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistan arasında müvəffəqiyyətlə davam edən sülh danışıqları prosesinə və Zəngəzur dəhlizinin reallaşmasının qarşısının alınması məqsədilə proseslərə mane olmağa çalışır:
"Bunun üçün əlindən gələni edir. Gümrüdəki hərbi hissəsindəki hərəkətlilik də, Rusiyanın növbəti təxribat xarakterli blef addımı ola bilər. Olsa belə, bu Ermənistanın siyasi hakimiyyətinə qarşıdır. Azərbaycana qarşı hər hansı bir addım əsla mümkün deyil".
Ekspert deyib ki, Azərbaycan və Türkiyə arasında Şuşa bəyannaməsi var və Rusiyanı belə bir addım atmağa məhz, bu bəyannamə artıq imkan vermir:
"Olsa belə, kimliyindən asılı olmayaraq layiqli cavab alacağı heç kimdə şübhə doğurmur".
Anar Əliyev