...2025-ci ilin yanvar-iyul aylarında Rusiya neft ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz azaldıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” xəbər verir.
Nəşrin məlumatına görə, iyulda Rusiya neftinin tədarükü də azalır. İyunun 29-dan iyulun 27-dək dəniz yolu ilə Rusiyadan “qara qızıl” daşınması gündə orta hesabla 3,22 milyon barel təşkil edib ki, bu da iyunun 22-dən iyulun 20-dək olan dövrlə müqayisədə təqribən 3 faiz azdır. Xüsusilə, Rusiya neftinin Türkiyəyə ixracı bu dövr ərzində son 12 həftənin minimum səviyyəsinə düşüb.
Qeyd olunur ki, iyulun 21-dən 27-nə kimi Rusiya neftinin ixracından həftəlik mənfəət 230 milyon dollar azalaraq 1,14 milyard dollar olub.
Baxmayaraq ki, Rusiyanın ən məşhur ixrac nefti olan Urals ucuzlaşır.
Baltik və Qara dəniz xam neftinin bir barreli təxminən 50 sent ucuzlaşaraq həftə ərzində orta hesabla 58,60 dollar/barel olub. Bununla yanaşı, jurnalistlər qeyd edirlər ki, tədarükün azalması qismən Rusiyanın OPEC+ qarşısında neft tədarükünü məhdudlaşdırmaq üzrə öhdəliklərini yerinə yetirməsi ilə bağlı ola bilər.
...Səbəbin bu olub-olmadığı oktyabrda, ölkənin nəzəri cəhətdən əhəmiyyətli dərəcədə daha çox istehsal etməyə icazə veriləcəyi zaman bəlli olacaq.
Bunu jurnalistlər qeyd edirlər.
Əli Babayev