AZ

Hikmət Hacıyev mina təhlükəsindən yazdı

Minalar həm insanlar, həm də heyvanlar üçün təhlükə yaratmağa davam edir.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu dəfə Kəlbəcər dağlarında Ermənistanın işğal dövründə quraşdırdığı piyada əleyhinə minanın qurbanı it olub. Xoşbəxtlikdən, Azərbaycan hərbi həkimlərinin operativ müdaxiləsi onun həyatını xilas edib", - Hacıyev yazıb.

O vurğulayıb ki, 2020-ci ildən bəri 400-dən çox Azərbaycan mülki şəxsi və hərbçisi Ermənistanın quraşdırdığı minaların qurbanı olub.

Seçilən
8
8
publika.az

9Mənbələr