"Qarabağ"ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya" (Makedoniya) ilə oyunlarının vaxtı bəlli olub.
QOL.az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisinin ilk matçı avqustun 5-də səfərdə olacaq.
"Qarabağ" avqustun 4-də Makedoniyaya yollanacaq. Komandalar arasında cavab matçı isə avqustun 12-də Bakıda olacaq. Hələlik oyunların saatı müəyyənləşməyiib.
Xatırladaq ki, "Qarabağ" 2-ci mərhələdə "Şelbur"nu (İrlandiya), "Şkendiya" isə FCSB-ni (Rumıniya) mübarizədən kənarlaşdırıb.