AZ

"Qarabağ"ın rəqibi bəlli oldu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Publika.az xəbər verir ki, Ağdam klubu növbəti raundda Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq.

Tetovo təmsilçisi II təsnifat mərhələsində Rumıniyanın FCSB klubunu mübarizədən kənarlaşdırıb. Şimali Makedoniyadakı ilk matçda rəqibini minimal hesabla üstələyən “Şkendiya” cavab görüşündə də qələbə qazanıb - 2:1.

Seçilən
23
6
publika.az

7Mənbələr