Abşeron dairəvi dəmir yolu üzrə yeni xətlər açılacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, təsdiq olunan dövlət proqramına əsasən dəmiryolları ilə bağlı layihələrə xüsusi önəm verilir.
Onun sözlərinə görə, xüsusilə, Abşeron dairəvi dəmiryolu üzrə xətlərin təkmilləşdirilməsi və yenidənqurulması istiqamətində layihələr nəzərdə tutulur.
Bu çərçivədə yeni xətlərin açılması planlaşdırılır.
Layihələrin həyata keçirilməsi Bakı və ətraf ərazilər arasında sərnişin axınının böyük hissəsinin dəmir yolu nəqliyyatı ilə daşınmasına şərait yaradacaq. Bu da maneəsiz və rahat sərnişin axınının təşkilinə xidmət edəcək.
Mənbəxezerxeber.az